
İran rejimi 1988-ci il qətliamında insanlığa qarşı işlənən cinayətlərlə bağlı dəlilləri silmək üçün Qohardaşt Həbsxanasını qapadıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tamamı ilə bağlanan dustaqxanada bu günədək bir çox edamlar törədilmişdi.
Həbsxananın qapadılması ilə bağlı “Mizan” xəbər agentliyi yazır.
“Məhkəmə başçısı Qulamhuseyn Möhsəni Ejenin 6 aprel Elbrus bölgəsinə etdiyi səfər zamanı alınan qərar istiqamətində dustaqların yarısı tutuldu, 1 iyulda sərbəst buraxıldı və 5 avqustadək Qezel-Hesar Həbsxanasına əql edildi və Qohardaşt Həbsxanası qapadıldı”.
Kərəc şəhərinin şimalında yerləşən həbsxana Elbrus bölgəsinin mərkəzi həbsxanalarından biri olaraq xidmət göstərir.
Bu həbsxananın adı cəzaları qanuni olaraq sonlanmış olanlar da daxilm olmaqla, Qohardaşt Həbsxanasından bir çox dustağın yenidən mühakimə edildiyi və ardından edam edildiyi 1988-ci il siyasi məhkum qətliamları ilə dərindən bağlantılıdır.
Keçmiş Qohardaşt gözətçisi olan Həmid Nouri İsveçdəki Stokholm Bölgə Məhkəməsindəki duruşması zamanı bu qorxunc qətliamdan qurtulanlar və şahidlər tərəfindən insanlığa qarşı cinayətlərin detalları ortaya çıxdı. Bu şok edici açıqlamalar rəsmi oalraq qanuni və ədliyyə dəlili olaraq qeydlərə keçdi.
Bu dustaqxananın bir modeli İran Xalq Mücahidləri Təşkilatı tərəfindən hazırlanmış və 2022-ci ilin noyabrında Albaniyanın Durres şəhərində keçici olaraq toplanan toplantı zamanı məhkəməyə təqdim edilmişdir. İşgəncə otaqlarını, məhkumların gözlərinin qapadılaraq edam edilməsini gözləyər halda sıraya girmələri, “Ölüm Koridorunu” və qurbanların qruplar halında asıldığı dar ağacı salonu açıqca göstərilirdi.
Avqustun 5-də rejim məhkəməsi Qohardaşt Həbsxanasınının qapadılması ilə yanaşı Güney Azərbayca bölgəsindəki Məşhəd, Zəncan, Təbriz, Kirmanşah, Yezd və Bijar şəhərlrindəki mərkəzi cəza evlərinin şəhər çölünə daşınacağını açıqladı.
Son illərdə İran rejimi siyasi edam qurbanlarının məzarlarını yox edəcək və qəbrləri gizlicə basdırdığı işarələnməmiş toplu məzarların üzərinə binalar və avtomobil yolları inşa edəcək qədər irəli gedərək vəhşətin dəlillərini və yerlərini ortadan qaldırmaq üçün addımlar atmağa davam etdi.
Bu durum qınanılması gərəkli olan davranışdır və onların insanlığa qarşı törətdiyi cinayətlərin açıqca davamıdır.
Qohardaşt Həbsxanasının köçürülməsi təcili gerçəkləəşdirilmiş bir iş kimi görünür. Məkumlara öz əşyalarını və dərmanlarını alma fürsəti verilməyib.
Son illərdə Qohardaşt Həbsxanası onlarla ildir ki, minlərlə siyasi məhkuma ev sahibliyi etdi və onların işgəncə edamlarına şahid oldu.
Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) da daxil olmaqla, insan haqları təşkilatları Qohardaşt Həbsxanasındakı dustaqların və siyasi məhkumların, düşüncə məhkumlarının qatlandığı qorxunc şərtlərlə bağlı narahatlıqlarını davamlı olaraq dilə gətirirlər. Buranı “insanlıqdan kənar” bir yer olaraq dəyərlərndirilər.