
Bu gün Gürcüstanda Şovi kurort zonasında baş verən təbii fəlakətlə əlaqədar olaraq matəm günüdür.
Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bütün ölkə boyu dövlət bayraqları endirilib.
Xatırladaq ki, avqustun 3-ü Şovidə baş verən torpaq sürüşməsi nəticəsində 18 nəfər həlak olub. Hadisə nəticəsində körpülər dağılıb, yollara ziyan dəyib. Bu günə qədər ərazidən 210 nəfər təxliyə olunub. Hazırda 18 nəfərin axtarışları davam etdirilir. Onlardan 7-si uşaqdır. Ölkənin Baş naziri İrakli Qaribaşvili avqustun 7-sinin ölkədə matəm günü elan edildiyini açıqlayıb.