Zukerberq: Mən döyüşə hazıram, ancaq Maskdan təsdiqləmə gəlmədi

  • By arzu
  • 07 Avqust 2023 14:39

“Twitter”i satın alaraq adını “X”a çevirən İlon Mask “Facebook”un qurucusu Mark Zukerberqlə edəcəyi föyüşün “X”da yayımlanacağını söyləmişdi. Zukerberq isə döyüşə hazır olduğunu, tarix oalraq 26 avqustu təklif etdiyini, ancaq İlon Maskdan təsdiqləmə almadığını bildirib.

 Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Mask qazanılacaq gəlirlərin qazilər üçün işləyən fondlara bağışlanacağını yazıb.

“X” hesabından paylaşım edən Mask “Bütün gün ağırlıq qaldıraaraq döyüşə hazırlaşıram” yazıb.

“İdman salonuna gedəcək vaxtım yoxdur, buna görə də, ağırlıq qaldırıram”.

Maska cavab verən Zukerberq isə “Bunu daha etibarlı və fondlara pul yardımı edə bilən bir platformada yayımlamaq daha yaxşı olmazmı?”, -deyə yazıb.

İki tərəf arasındakı döyüş iyun ayında Maskun Zikerberq ilə “qəfəs döyüşünə hazır olduğunu” bildirən mesajı ilə gündəmə gəlmişdi.

Tərcümə: Arzu