
Pakistanda hərəkət edən qatar yolda çıxıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 28 nəfər ölüb, 50 nəfər yaralanıb.
Olay Navabşah şəhəri yaxınlığında bir sərnişin qatarının öz dəmir yolu xəttindən çıxması ilə yaşanıb.
Pakistanın Dəmir Yolları Naziri Xavaja Rafiq etdiyi açıqlamasında Kəraçidən Ravalpindiyə gedən sərnişin qataran qəzaya uğradığını təsdiq edib. Ordu və yarımhərbi qruplar xilasetmə işlərinə başlayıblar.
Nazir Xavaja Rafiq etdiyi açıqlamasında “texniki bir problem” və ya “sabotaj” ola biləcəyini söyləyib. Nazir indiyədək 28 cəsəd və 50 yaralının Navabşah və Sanghar bölgələrindəki xəstəxanalara sövq edildiyini bildirib.
Olay yerinə əlavə axtarış-xilasetmə işçiləri çağırılıb.
Hadisə yerinin yerləşmə məskənlərinə uzaq olması səbəbi ilə, onlar işlərini çətinliklə aparırlar. Yaraıları xəstəxanalara daşımaqda çətinliklər yaşanıb.
Qəza anında qatarda neçə nəfərin olması olə bağlı bilgi verilməyib. Ölənlərin sayının artacağından narahatlıq keçirirlər.