
Nigeriyada olan italyan kontingentinin 65 əsgəri şənbə günü axşam saatlarında ölkəyə qayıdıb.
Gununsesi.info AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumat deyilir ki, hakimiyyət Nigeriyadakı mövcud vəziyyət fonunda köməyə ehtiyacı ola biləcək mülki şəxslər üçün öz hərbi bazasında yer ayırmaq niyyətindədir.
İtaliya Müdafiə Nazirliyi gələn həftə Nigeriyadan daha bir neçə uçuşun planlaşdırıldığını bildirib.
Səlahiyyətlilərin məlumatına görə, hazırda ölkədə 250 italyan hərbçisi qalır.
Bundan əvvəl İtaliya Niameydən 36 vətəndaşını təxliyə edib.