
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusman daha bir ordenlə təltif olunub.
Gununsesi.info xəbərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Y.Qusman “Şərəf” ordeninə layiq görülüb.
Xatırladaq ki, bundan öncə, 2013-cü il noyabrın 15-də Y.Qusman “Şöhrət” ordeni ilə təltif olunmuşdu.