İsrail ordusu Qəzzada 100 hədəfə zərbə endirdi – HƏMAS üzvü öldürüldü

Mühasirəyə alınmış Qəzza zolağına gecə hücumları zamanı İsrail ordusu 100 hədəfə zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

HƏMAS üzvü Emjed Majid Muhammed Abu Avdenin İsrailin hücumları nəticəsində öldürüldüyü bildirilir.

İsrail ordusu əsasən “yeraltı tunelləri, sursat anbarlarını və çoxlu sayda HƏMAS-ın komanda mərkəzlərini” hədəfə alıb.

Məscid də İsrail qüvvələri tərəfindən bombalanıb, İsrail tərəfinə görə, “Həmas tərəfindən müşahidə məntəqəsi və təlim yeri kimi istifadə edilib”.

Səid Əhmədli
Gununsesi.info