
İsrail hökuməti “Əl-Cəzirə” telekanalının İsraildəki filialının bağlanmasına icazə verən fövqəladə vəziyyət qaydalarını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, hökumət “dövlətin təhlükəsizliyinə təhdid yaradan” KİV-lərin bağlanması qaydalarını təsdiqləyib.
Qərarda digər məsələlərlə yanaşı, “Əl-Cəzirə”nin İsraildəki filialının bağlanması və onun avadanlıqlarının müsadirə edilməsi də var.
İsrail rəsmilərinin sözlərinə görə, “Əl-Cəzir”ənin yayımları İsrail hərbçiləri və vətəndaşlarını təhlükə altına qoyur.
Qeyd edək ki, “Əl-Cəzirə” hələlik İsrail hakimiyyətinin qərarı ilə bağlı heç bir açıqlama verməyib.
Bildirilir ki, “Əl-Cəzirə”nin İsraildəki Qətər ofisinin bağlanması təşəbbüsü İsrailin xarici kəşfiyyat xidməti Mossad, İsrailin rabitə naziri Şlomo Karhi, müdafiə naziri Yoav Qalant və Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənib.