Belaruslu jurnalistin bu çıxışı etiraz doğurdu – VİDEO

Belaruslu müxalif  jurnalist Tatyana Martınovanın Ukraynanın “Прямый ТВ” telekanalında fələstinli uşaqların öldürülməsinin doğru olduğunu, lakin israilli uşaqların yaşamağa layiq olduğunu deməsi böyük etirazlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, ukraynalıların da reaksiyasına səbəb olan videoda Martınovanın Ukraynanı təmsil etmədiyi və kəskin dilli, ziddiyyətli şəxs olduğu bildirilib.

Martınova paylaşdığı qısa videoda aşağıdakı ifadələrdən istifadə edib:

“Sizə israilli uşaqla fələstinli uşaq arasındakı fərqi deyim. İsrailli bir uşaq böyüyərkən mövzu sevgi və zənginlik deyil. Bu uşaq adam öldürməyin öyrədildiyi məktəbə getmir. Onun (fələstinli oğlan) 16 yaşı tamam olanda anası ona silah verib deyir: “Get bir yəhudini öldür”. Fərq budur. Bir tərəfdə israilli ana, digər tərəfdə isə fələstinli ana. Demək istəyirəm ki, bu, nasizmə yaxındır”.

Videonun davamında o, Belarusun gedişi ilə bağlı xəbərdarlıq edib və “Belarus 20 ildən sonra yeni Fələstinə çevriləcək” deyib.

Gununsesi.info