Nigeriyada silahlı hücum - 9 nəfər öldü

  • By resul
  • 03 Oktyabr 2023 10:49

Nigeriyanın Plato əyalətində kəndə silahlı hücum nəticəsində azı 9 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, “Mianqo” gənclər təşkilatının məlumatına görə, naməlum silahlı şəxslər Adu kəndinə hücum ediblər.

Hücumu Plato polisinin sözçüsü Alabo Alfred də təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 11-də Plato ştatında 10 nəfər silahlı hücumun qurbanı olub.

Səid Əhmədli
Gununsesi.info