Venesiyada turist avtobusu qəzaya düşdü – 21 nəfər ölüb

Venesiyada turist avtobusunun qəzaya uğraması nəticəsində azı 5 Ukrayna vətəndaşı həlak olub.

Gununsesi.info xəbər verir ki, ilkin məlumatlara görə, qəza oktyabrın 3-də axşam saatlarında Venesiya Mestre kommunası yaxınlığında baş verib.

“La Repubblica” qəzeti bildirib ki, bu barədə Venesiya prefekti Mişel Di Bari məlumat verib.

Beş ukraynalıdan başqa, bir alman və avtomobilin əslən İtaliyadan olan sürücüsünün həlak olduğu məlum olub.

Daha iki ağır yaralının Ukrayna vətəndaşları olduğu bildirilir. Bu, ağır yanıqlar və bədənin müxtəlif nahiyələri xəsarətləri alan 50 yaşlı qadın və həyatı təhlükədə olan 4 yaşlı qızdır. Uşaq Paduaya reanimasiyaya aparılıb.

Avtobus qəzasında ölənlərin rəsmi sayı 21 nəfər olduğu bildirilib. 15 nəfərin yaralandığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Mestre, Dolo, Mirano, Treviso və Padova xəstəxanalarına yerləşdirilib.

Avtobusda 40 turist, çoxlu sayda xarici vətəndaş olub. Onlar Margheradakı düşərgəyə gedirmişlər.

Bəzi məlumatlara görə, avtobus metanla işləyirmiş, elektrik naqillərinin üzərinə düşüb və yanıb.

Dövlət Yol Müfəttişliyi tərəfindən əməliyyat-istintaq tədbirləri aparılır, qəzanın trayektoriyası və yol örtüyünün vəziyyəti yoxlanılır. İlkin məlumata görə, asfaltda heç bir əyləc izi yoxdur.

Hələ məlum olmayan səbəblərdən avtobus 3 oktyabr çərşənbə axşamı axşam saat 20:00 radələrində təxminən 15 metr hündürlükdən aşaraq, qəzaya uğrayıb.

Səid Əhmədli
Gununsesi.info