İlham Əliyev: Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda müavini Coşua Haki qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və onun tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.