
İsrail hökuməti xarici teldekanalların yayımı milli təhlükəsizliyə zərər verdiyi təqdirdə fövqəladə hallar zamanı onların müvəqqəti bağlamağa icazə verən qaydaları təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Times of Israel yazıb.
İsrailin rabitə naziri Şlomo Karxi “Əl-Cəzirə xəbər” kanalının “milli təhlükəsizliyə ziyan vurdğunu” iddi edib və sözügedən qaydaların təşəbbüskarı olub.
Qərarın geriyə qüvvəsi var. Başqa sözlə, Qətər telekanalının müharibənin ilk günündən yayımlanan videoları onun yerli bölməsinin bağlanması qərarı üçün əsası kimi istifadə edilə bilər.
“İsrail quruda, havada, dənizdə və açıq diplomatiyası cəbhəsində müharibə aparır. Biz heç bir şəkildə dövlətin təhlükəsizliyinə xələl gətirən yayımlara dözməyəcəyik. “Əl-Cəzirə”nin yayımları və reportajları İsrailə qarşı təhrik edir, HƏMAS-İŞİD və digər terror təşkilatlarının təbliğatına kömək edir, İsrailə qarşı zorakılığı təşviq edir”, – deyə Karxi bildirib.
Yeni qaydalara əsasən, rabitə naziri müdafiə nazirinin razılığı ilə televiziya provayderlərinə KİV-lərin yayımını dayandırmağı əmr edə bilər. Həmçinin onların İsraildəki ofisləri bağlana, avadanlıqları müsadirə edilə və vebsaytı tamam qapadıla və ya giriş məhdudlaşdırıla bilər.
Qərar təhlükəsizlik kabineti tərəfindən təsdiqlənməli və təhlükəsizlik orqanlarının media orqanının həqiqətən də milli təhlükəsizlik üçün ziyanlı olduğuna dair hüquqi nəticələrininə əsaslanır. Qərar həmçinin məhkəmə tərəfindən yoxlanılmalıdır.
Bu qərar 30 gün müddətində qüvvədə olacaq, lakin əlavə 30 günlük müddətə uzadıla bilər. Fövqəladə vəziyyət qaydaları üç ay və ya hökumət xüsusi fövqəladə vəziyyəti rəsmən ləğv edənə qədər qüvvədə qalacaq.
Gununsesi.info