İsrail prezidentindən Sunaka BBC İRADI

İsrail prezidenti İsxak Hersoq Britaniyanın baş naziri Rişi Sunak ilə görüşündə Britaniyanın BBC telekanalından yayım siyasətini dəyişməyi və HƏMAS-ı “terror təşkilatı” kimi tanımasını istəyib.

Gununsesi.info xəbər verir ki, İsrail Prezident Adminstrasiyasının yaydığı yazılı açıqlamaya görə, Hersoq səhər saatlarında hərbi təyyarə ilə İsrailə gələn Sunak ilə Qərbi Qüdsdə görüş keçirib.

“Dünyanın ən pis təşkilatlarından biri ilə mübarizə apardıqlarını” iddia edən Hersoq Sunaka xitab edərək, “Sizin və bizim kimi demokratik ölkələrdə müdaxilə edə bilməyəcəyinizi bilirəm. Dünyadakı britaniyalıların BBC ilə xüsusi əlaqəsi var. Ona görə də bunun düzəldilməsi və HƏMAS-ın bu platformada da terror təşkilatı kimi tanınması üçün hayqırtı olmalıdır”, deyib.

Hersoq sərhədlərinə daxil olan və Livan, İraq, Suriya və Yəməndə olduğu kimi İran tərəfindən idarə olunan bir “terror təşkilatı” ilə mübarizə apardıqlarını bildirib. “Bu, beynəlxalq maraqdır, bütün Avropa dövlətlərinin təhlükəsizlik marağıdır. Bu anı belə görürük”, – deyə o əlavə edib.

Sunakın görüş zamanı Hersoqun BBC ilə bağlı sorğusuna cavab vermədiyi bildirilib.

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada oktyabrın 17-də Əl-Ehli Baptist xəstəxanasının bombalanması nəticəsində 471 nəfər həyatını itirib, 28-i ağır olmaqla 342 nəfər yaralanıb.

BBC xəstəxanaya hücumda İslami Cihad Hərəkatını ittiham edən İsrail ordusunun iddialarını təsdiq edə bilməyəcəyini açıqlayıb. İsrail ordusu “X” sosial media platformasındakı ingilis hesabında BBC-yə reaksiya verib.

BBC müxbiri Con Donnison İsrailin hücumla bağlı məlumatını təkzib edərək deyib: “Bunun İsraildən başqa hər kəs tərəfindən edilə biləcəyini təsəvvür etmək çətindir, çünki partlayışın böyüklüyünü nəzərə alsaq, bu, yalnız bir və ya bir neçə İsrail hava hücumu ilə mümkün ola bilərdi”.

Səid Əhmədli
Gununsesi.info