
İsrailin Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı tarixi kilsəyə hücumu nəticəsində azı 8 nəfər ölüb, onlarla insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, WAFA xəbər agentliyinin məlumatına görə, cümə günü gecə İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında Yunan Pravoslav Kilsəsinə hücum edib.
Ölənlər arasında uşaqlar və qadınlar da var.
Vurulan kilsənin dağıntıları altında ölən və yaralıların olduğu qeyd edilir.
Hücum nəticəsində xristian və müsəlman fələstinli ailələrin sığındığı kilsə binası dağıdılıb.
Gununsesi.info