İran ABŞ-a 7 günlük plan təklif etdi

  • Müəllif: Firuzə
  • 17 Oktyabr 2026 20:38

Hörmüz boğazının açılması üçün ABŞ-a yeddi günlük plan təqdim etmişik, indi seçim onlarındır.

Gununsesi.info  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi dialoq yolunun açıq saxlanılmasının zəiflik yox, məsuliyyət hissi olduğunu qeyd edib.

“Qətər vasitəsilə ABŞ-a yeddi günlük plan təqdim etmişik. Bildirmişik ki, lazımi şərtlərin yerinə yetiriləcəyi təqdirdə, Hörmüz boğazı açıla bilər və gəmilərin gediş-gəlişi yeddi gün ərzində adi qaydasına qayıda bilər. İndi, seçim ABŞ-ındır”, – Əraqçi vurğulayıb.

Gununsesi.info