Ev heyvanlarının avtobus, metro və digər ictimai nəqliyyat vasitələrində daşınması ilə bağlı suallar tez-tez gündəmə gəlir.
Gununsesi.info-nun xəbərinə görə? Hüquqşünas Şamil Paşayev bildirib ki, qanunvericilik və daşıyıcıların daxili qaydaları bu məsələni müəyyən çərçivədə tənzimləyir.
Onun sözlərinə görə, kiçik ölçülü ev heyvanlarının xüsusi daşıma qəfəslərində və ya konteynerlərdə daşınmasına adətən icazə verilir. Böyük heyvanlarla bağlı isə əlavə təhlükəsizlik tələbləri, o cümlədən ağızlıq, qısa kəndir və digər şərtlər tətbiq oluna bilər.
Şamil Paşayev vurğulayıb ki, konkret qaydalar daşıyıcıdan asılı olaraq fərqlənə bilər. Buna görə də sərnişinlər səfər etməzdən əvvəl həmin nəqliyyat operatorunun daxili qaydaları ilə tanış olmalıdırlar.
Hüquqşünas əlavə edib ki, digər sərnişinlərin təhlükəsizliyi və rahatlığı hər zaman əsas prinsiplərdən biri hesab olunur.
Orxan
Gununsesi.info










