Gəncədə teatrın mühafizəçisini yeniyetmə bıçaqladı

  • Müəllif: Firuzə
  • 17 Oktyabr 2026 21:01
Gəncədə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb.

Gununsesi.info  Teleqraf-a istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilən şəxs teatrda mühafizəçi işləyir.

İlkin məlumata görə, onu 15 yaşlı yeniyetmə bıçaqlayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info