Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 17 Oktyabr 2026 22:46
Naftalanda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Gununsesi.info APA-ya istinadən bildirir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Qəza zamanı 1959-cu il təvəllüdlü M. Bayramova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info