Müdafiə Nazirliyində 160 milyon manatlıq mənimsəmə ittihamı ilə 5 il müddətinə həbs edilən polkovnik Mahir Şirvanov azadlığa çıxıb.
Gununsesi.info xəbər verir ki, məhkəmənin qərarı ilə onun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Qərardan sonra polkovnik cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Məhkəmə qərarını Şirvanovun cəzasının dörddə üç hissəsini çəkməsi və islah olunması ilə əsaslandırıb.
Qeyd edək ki, Mahir Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. O, 2022-ci ilin əvvəlində həbs edilib. Bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət etsə də, həmin vaxt müraciəti təmin olunmayıb. (qafqazinfo)










