Türk dünyasının şair və yazarlarından Azərbaycan-Türkiyə qardaşlığına dəstək bəyanatı

  • Müəllif: Orxan
  • 16 Oktyabr 2026 18:31

Türk Dünyası şair və yazarlarının Kaysəri şəhərində keçirilən II Talaş toplantısında Azərbaycan-Türkiyə qardaşlığı və Türk dünyasının birliyi ilə bağlı mühüm Bəyanat qəbul edilib.

Gununsesi.info həmin bəyanatı təqdim edir:

Biz, Türkiye Cümhuriyyətinin Kaysəri  şəhərində foplaşmış Türk dünyası şair və yazarları Azərbaycanda vahid məktəbli geyiminin tətbiq edilməsi ilə bağlı son vaxtlar Türkiyə və Azərbaycan qardaşlığına yaraşmayan bəzi fikir və bəyanatların yayılmasını qətiyyətlə pisləyir və bu əsassız qarayaxmaların dərhal qayandırılmasını tələb edirik.

Bilməliyik ki,  türk dövlətlərinin yüsillərlə həsrətində olduğumuz birlik və qardaşlıqları, Türk Dövlətləri Təşkilatının yaradılması, türk dövlətləri başçılarının tez-tez görüşmələri , Türk dünyasının gələcəyi və inkişafı ilə bağlı mühüm qərar və lahiyələrin həyata keçirilməsi bizi sevindirdiyi kimi türk düşmənlərini də ciddi şəkildə rahatsız edir. TDT-nın yaranması və möhkəmlənməsində Türkiyə və Azərbaycan qardaşlığı mühüm rol oynamışdır.  Azərbaycanın orta məktəblərdə vahid məktəbli formasının tətbiqini bəhanə edərək, Azərbaycanın az qala İslam düşməni, dini azadlığı pozan bir ölkə kimi qələmə verilməsi reallığı əks etdirmir və iki qardaş dövlət arasında münasibətləri soyutmaqla yanaşə, hamımız üçün dəyərli olan TDT – nin yüksəlişinə də əngəl olmaq məqsədi daşıyır. Münaqişəni genişləndirməyə çalışan yad qüvvələrin gizli niyyəti də elə budur.

Biz, ölkələrimizin yaxınlaşmasını tarixin gətirdiyi böyük imkan və xoşbəxtlik sayan, bütün ömrü boyu bu yolda mübarizə aparan, bu birliyin məsuliyyətini anlayan Türk Dünyası şair və yazarları ümid edirik ki, iki qardaş dövlətin başçıları tezliklə bu məsələyə münasibət bildirəcəklər və sosial mediadakı zərərli yazılara son qoyulacaqdır.

Sadə xalqın və biz ziyalıların istəyi budur!

Ysşasın türk xalqları və dövlətlərinin birliyi və qardaşlığı!

16 oktyabr 2026, Kaysəri

Müəllif: Sabir Rüstəmxanlı

Gununsesi.info