İsmayıllıda minik avtomobili tırla toqquşub, sürücü ölüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndi ərazisində baş verib.

Belə ki, “VAZ-2106” markalı minik avtomobili ilə “DAF” markalı tır toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Gununsesi.info