
Siyasi fəal Bəxtiyar Hacıyevin barəsindəki həbs-qətimkan tədbiri ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinin baxılma zamanı bəlli olub.
Bu barədə Gununsesi.info-ya açıqlamasında vəkil Aqil Layic bildirib ki, şikayətə dekabrın 15-də saat 15:00 da hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Hacıyev barəsində çıxarılmış bu qərar yerli və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Gununsesi.info