ABŞ-dan Şuşa-Xankəndi yolundakı aksiyaya MÜNASİBƏT

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti və bununla bağlı Vaşinqtonun hərəkətlərini şərh edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, vəziyyət ABŞ-ın diqqət mərkəzindədir.

HTML tutorial

Prays gərginliyin azaldılması və İrəvanla Bakı arasında davamlı və hərtərəfli nizamlanmanın yaradılmasının vacibliyinə işarə edib. O, hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşünü xatırladıb.

“Biz bunu Nyu -Yorkda, BMT Baş Assambleyası çərçivəsində etdik. Baş məsləhətçimiz Fil Riker isə əlimizdən gələni etdiyimizə əmin olmaq üçün hər iki ölkənin rəsmiləri ilə fəal işləyir”, – Prays deyib.

O, həmçinin hesab edir ki, hər iki ölkənin gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi etməsi vacibdir.

Gununsesi.info