
Vəkil Aqil Layic Bakı İstintaq Təcridxanasında saxlanılan siyasi fəal Bəxtiyar Hacıyevlə görüşüb.
Bu barədə Gununsesi.info-ya danışan vəkil deyib ki, Hacıyev saxlama şəraitindən və ona qarşı saxlama rəftarından şikayətçi deyil:
“Hər kəsə salam deyirdi. Yeri gəlmişkən, bəzi mətbuu orqanları Bəxtiyarın CM-nin 221.3-cü maddəsilə təqsirləndirildiyini qeyd edirlər. Bu səhvdir, ona qarşı bu maddənin 221.1-ci hissəsilə cəlb etmə mövcuddur. Bu maddə ilə həbs seçilən ilk adamdır, təcrübəmə əsasən bunu deyə bilərəm. O, cinayət törətməyib, əksinə zərərçəkəndir”.
Günay
Gununsesi.info