Bəxtiyar Hacıyevə görə İlham Əliyevə müraciət edildi

  • By admin
  • 13 Dekabr 2022 13:43
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”  ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin həbsdən azad  olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Bu barədə Gununsesi.info-ya  təşkilatın sədri Fikrət Cəfərli məlumat verib. 
Onun sözlərinə görə, müraciətdə Hacıyevin həm yerli, həm də beynəlxalq ictimaiyyət arasında nüfuzlu şəxs olması xüsusi vurğulanaraq, ölkə rəhbərindən xahiş edilib ki, bu məsələyə reaksiya versin:
“Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb edilməsi ciddi qanun pozuntusudur.
Bu cinayət işi Konstutusiyaya, İnsan hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına, həmçinin, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə ziddir. Azərbaycan qoşulduğu beynəlxaq sənədlərə əsasən, məhkəmə həbs- qətimkan tədbiri seçərkən İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı və o cümlədən də AR Cinayət Prosessual Məcəlləsinin 155-ci maddələrinin tələblərinə əməl etməlidir. Məhkəmə milli qanunvericiliyimizə və həm də dövlətimizin qoşulduğu beynəlxaq Konvensiyaları kobudcasına pozaraq Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçib. Cinayət Prosessual Məcəllənin 155-ci maddəsində konkret göstərilib ki, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilə bilər”.
Mətləb Yaqublu
Gununsesi.info