Dərman xaricdən 2 dəfə baha olsun, daha 8 dəfə yox - DEPUTAT

  • By admin
  • 13 Dekabr 2022 13:48

Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov ölkədə dərman pereparatlarının bahalığından danışıb.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili bildirib ki, dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir: 

HTML tutorial

“Başa düşürəm ki, psixotrop tərkibli dərmanlar var, amma bunları qoyaq bir kənara, insanlar indi xəstəlikdən əziyyət çəkir. Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır. Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır”.

 

Günay

Gununsesi.info