
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.
İclasda regionda baş verən hadisələr, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
İclasda TŞ üzvlərindən başqa Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, Milli Assambleyanın “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak edib.
Gununsesi.info