Rusiya: Türkiyə-Əsər hökuməti münasibətlərinin normallaşdırılmasının tərəfindəyik

  • By arzu
  • 12 Dekabr 2022 15:19

Rusiyanın XİN rəhbərinin köməkçisi Sergey Verşinin ölkəsinin Türkiyə ilə Əsəd hökuməti arasındakı münasibətlərin normallaşının tərəfdarı olduğunu açıqlayıb.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda davam etdirilən heyətlərarasın siyasi təmaslar haqqında fikirlərini söyləyən rus yetkili “Sputnik”ə açıqlamasında Türkiyənin bölgədəki bütün qonşuları ilə münasibətlərinin normallaşdırılması anlayışında olduğunu bildirib.

“Ankara ilə Dəməşəq arasında təmaslar var. Ən yüksək səviyyədə daxil olmaqla, fərqli səviyyələrdə görüşlər, nizamlamalar var. İki müstəqil dövlətin qərarıdır”, deyə söyləyib.

Rusiyiyanın Suriya üzrə rəsmi təmsilçisi Aleksandr Lavrentyev də Moskva rəhbərliyinin Bəşər Əsəd və Ərdoğan arasında gerçəkləşdiirləəcək görüşə ev sahibliyi etmək üçün cəəhdlər etdiyini vurğulamışdı.

Lavrentyev “Bu ehtimalın gözdən keçirilməsinin lazımlığını bildirirəm. Belə bir dolğun görüşün müsbət və yararlı olacağı ilə bağlı israrçıyıq. Bu mövzu üzərində çalışırı”, – deyə açıqlama etmişdi.

Digər tərəfdən, Putinin Orta Şərq və Afrika üzrə Özəl Təmsilçisi və XİN başçısının köməkçisi Mixayl Boqdanov Türkiyə ilə Əsəd hökuməti arasındakı münasibətlərin normallaşmasının Moskva üçün böyük anlam ifadə etdiyini bildirmişdi.

Başqa bir rus rəsmisi Dmitri Peskov da Ərdoğan və Əsədin Rusiyada görüşə bilməsi ehtimalı üzrə verdiyi açıqlamasında “Belə bir görüşün Moskvada keçirilə biləcəyini” söyləmişdi.

 

Türkiyə Prezidenti R.T. Ərdoğan isə G-20 Zirvəsindən sonra etdiyi açıqlamasında Bəşər Əsədlə normallaşma siqnalları haqqında siyasi işarələr vermişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info