Sumqayıtda gənc qadın həyat yoldaşını bıçaqlayıb

  • By Günel
  • 16 Dekabr 2024 08:56

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info