
Dünən sosial şəbəkələrdə və bəzi xəbər saytlarında mədəniyyət naziri Anar Kərimovun işdən azad olunması barədə xəbər yayılıb.
Ancaq maraqlıdır ki, Mədəniyyət Nazirliyi dünən gün ərzində bu barədə xəbərləri nə təsdiq, nə də təkzib edib.
Bununla belə dünən axşam saatlarına nazirin Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ilə görüşməsi barədə rəsmi açıqlama yayılıb.
Bildirilir ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib, uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.
Günay
Gununsesi.info