
Mağazalarda hər şey var, lakin vəziyyət qeyri-müəyyəndir.
Gununsesi.info xəbər verir ki, bu barədə Xankəndidə yaşayan Gülnarə Hayrapetyan deyib.
G.Hayrapetyanın sözləri təsdiq edir ki, Qarabağda “humanitar fəlakətin” yaşandığı, ərzaq qıtlığnın olduğuna dair iddialar Ermənistan və separatçı-terrorçu rejimin dünyanın diqqətini cəlb etməyə hesablanmış uydurmalarından başqa bir şey deyil.
Lakin son baş verənlər Qarabağda yaşayan ermənilər arasında qeyri-müəyyənliyi artırıb. Gülnarə deyir ki, onlar yolun açılacağına inanırlar, lakin sonra nə olacağını bilmirlər.
“Hər şey qeyri-müəyyəndir. Yol açılan kimi Qarabağda heç kimin qalmayacağı haqda söhbətlər gəzir, insanlar qeyri-müəyyən şəraitdə yaşaya bilmirlər”, – o deyib.
Qeyd edək ki, separatçı-terrorçu rejimin qondarma “naziri” Ruben Vardanyan ərzaq qıtlığının olduğunu iddia edir, o cümlədən, erməni əhalisinin sona qədər mübarizə aparacağından bəhs edir. Lakin artıq ermənilər tədricən səslərini çıxarmağa, Vardanyan başda olmaqla separatçı rejimi ifşa etməyə başlayıb.
Gununsesi.info