
Bu gün Müdafiə Xətti İnsan Hüquqları Təşkilatı siyasi fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq etiraz aksiyası planlaşdırıb.
Gununsesi.info-nun xəbərinə görə, Fəvvarələr Meydanında keçirilməsi nəzərdə tutulan aksiyanı Bakı Şəhər İra Hakimiyyəti “məqsədəmüvafiq” hesab etməyib.
DİN-nin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə aksiyanın qarşısının alınacağını deyib.
Onun sözlərinə görə, təşkilatçılar insan haqları fəalları olsallar belə icazəsiz aksiyanın qarşısı alınacaq.
Bu arada təşkilatçılardan Rüfət Səfərov bildirib ki, onlar qərarında qətidir.
O, polisi aksiyaya müdaxilə etməməyə səsləyib:
” Bu aksiyanı ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və bu quruma üzv ölkələrin diplomatları izləyəcək”.
Günay Təhməzova
Gununsesi.info