Bəxtiyar Hacıyevin səhhəti pisləşib - TİBB MƏNTƏQƏSİNƏ KÖÇÜRÜLDÜ

  • By admin
  • 22 Dekabr 2022 23:09

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səkkizinci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında keçirdiyi  aclıq aksiyası onun səhhətinə ciddi təsir edib.

Bu səbəbfən onu tibb məntəqəsinə yerləşdiriblər:

HTML tutorial

Bu barədə Gununsesi.info-ya Hacıyevin müdafiəsinə yeni qoşulan vəkil Cavad Cavadov bildirib:

Bəxtiyarla görüşdüm. Halsız idi. Təzyiqi aşağı olub – 90/60, hərarəti isə 35,4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib”.

Vəkilin vurğulamasına görə, O, zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Onun deməsinə görə, ancaq o aclıq aksiyasını dayandırmaq fikrinin olmadığını bildirib.

Mətləb
Gununsesi.info