Rüşvətə görə saxlanılan Avropa Parlamentinin vitse-prezidentinin həbs müddəti uzadıldı

  • By admin
  • 23 Dekabr 2022 07:42

 

Qətərdən rüşvət almaqda ittiham olunduğuna görə həbs edilən  Avropa Parlamentinin (AP) üzvü Eva Kaili Brüsseldə hakim qarşısına çıxarılıb.

HTML tutorial

Gununsesi.info xarici mediaya istindən xəbər verir ki, Avropa Parlamentinin vitse-prezidenti vəzifəsindən uzaqlaşdırılan Kaili ona qarşı irəli sürülən ittihamları rədd edib.

Vəkilləri yunan parlamentarinin əlinə elektron qandal taxmaq şərti ilə azadlığa buraxılması tələb etsə də məhkəmə bunu rədd edib.

Qərarla Kalinin  həbs müddəti daha 1 ay uzadılıb.

Kailinin vəkillərindən Michalis Dimitrakopoulos  Kailinin siyasi müdaxilə ilə deyil, hüquqi meyarlarla mühakimə olunmasını istədiklərini deyib.

 

Kailinin digər vəkili Andre Risopoulos hakimin qərarından əvvəl jurnalistlərə bildirib ki, müvəkkili müstəntiqlərlə “aktiv əməkdaşlıq edir” və sərbəst buraxılacağı təqdirdə onun hərəkətlərinə nəzarət etmək üçün elektron qandal taxmağa hazırdır.

Xatırladaq ki, Belçika polisi rüşvət iddialarının araşdırılması çərçivəsində dekabrın 9-da keçirilən əməliyyat zamanı bir çox ünvana reyd keçirib.

Əməliyyatda ümumilikdə 1,5 milyon avro nağd pul ələ keçirilib.

Kaili də qısa müddət sonra saxlanılıb və onun dəbdəbəli çantasından 150 min avro nağd pul və qiymətli əşyalar tapılıb.

Bu olaydan sonra AP Kaylini istefaya göndərib

 

“Katargate” adlanan istintaq çərçivəsində Kaylinin sevgilisi və köməkçisi, keçmiş millət vəkili və pul tələb etmək üçün istifadə etdiyi iddia edilən QHT rəhbəri Francesco Giorgi də istintaq çərçivəsində saxlanılıb.

 

Hər dördü “cinayət təşkilatına üzv olmaq, korrupsiya və çirkli pulların yuyulmasında” ittiham olunur.

 

Giorgi keçən həftə “Qətər və Mərakeşin AP qərarlarına müdaxilə etmək üçün istifadə etdiyi təşkilatın bir hissəsi olduğunu” etiraf etdi.

 

Belçika mətbuatı xəbər verir ki, Giorgi övladının anası Eva Kailini qorumaq üçün bütün günahı öz üzərinə götürüb.

Tərcümə:

Pərviz