Penitensiar Xidmət vəkilin qeydlərini əlindən alıb

“19 dekabr 2022-ci il tarixində Bəxtiyar Hacıyev ilə Bakı İstintaq Tərcidxanasında görüşdüyüm zaman konfidensial qaydada apardığım hüquqi müdafiəyə dair qeydlər həmin müəssisənin rəis müavini olan polkovnik-leytenant rütbəli Rəşad (verilən məlumata görə Əhmədov Rəşad Eldar oğlu)adlı şəxs (eynəkli)tərəfindən zorla götürülmüş konfidensiallıq və hüquqi müdafiə ciddi şəkildə pozulmuşdur”.

Gununsesi.info xəbər verir ki, bunu həbsdəki siyasi fəalın vəkili Aqil Layıc bildirib.

HTML tutorial

Vəkil deyib ki, bununla bağlı rəsmi olaraq Penitensiar Xidmətə müraciət edib:

” Həmin şəxs cəzalandırılmalı, peşə fəaliyyətimə müdaxilə edildiyi üçün şəxsən məndən rəsmi üzrxahlıq edilməli, özbaşınalıq edən bu məmur barədə intizam cəzası verilməlidir. Onsuz da nəticəsindən asılı olmayaraq bu məsələni hüquqi çərçivədə mübahisələndirəcəm. Yerli məhkəmələrdən qəti gözləntim yoxdur, Avropa Məhkəməsinə çıxarmaq fikrindəyəm”

Mətləb
Gununsesi.info