
Tanınmış vəkil Bəhruz Bayramovun DİN rəhbəri Vilayət Eyvazova müraciətindən sonra Nəsimi Rayonu ərazisindəki çay evləri adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının fəaliyyəti dayandırılıb.
Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib. Onun sözlərinə görə, Dİn rəhbərliyi dünənki şikayətinə operativ reaksiya verib: “Artıq bu gün həmin obyektləri qapısı bağlıdır.
Polisin bu addımına görə insanlar öz təşəkkürünü bildirir və inanır ki, bu müvəqqəti olmayacaq”.
Qeyd edək ki, vəkilin bu müraciətinə səbəb onun yaşadığı ərazidəki binaların birinin altında çay evləri adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının fəaliyyəti olmuşdu.
Həmin müraciətdə qeyd olunurdu:
Nəsimi rayonu, (Memar Əcəmi metrosu yaxınlığı-red.) Cavadxan küçəsində fəaliyyət göstərən əxlaqsızlıq obyektləri ilə bağlı öz Facebook hesabımda məlumat paylaşıb,bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının qanuni tədbir görməsini dəfələrlə xahiş etmişəm. Amma bu müraciətlərimə baxmayaraq, mənə heç bir köməklik göstərilmir.Deyilənlərə görə, bu obyektlər hansısa generala məxsusdur. Buna görə bu əxlaqsızlıq yuvasının qarşısını almağa heç kimin gücü çatmır.Burada yaşayan sakinlər deyirlər ki, prezidentə müraciət etsək də nəticə yoxdur. Nəzərinizə çatdırım ki, qeyd olunan ünvanda rəsmi insan alveri gedir”.
Mətləb
Gununsesi.info