
HDP Diyarbəkir Millət vəkili Semra Güzel Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində keçirilən səsvermə ilə “davamsızlıq” səbəbilə deputat mandatından məhrum edilib.
Gununsesi.info -nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qərara etiraz edən HDP millət vəkilləri Türkiyə Böyük Millət Məclisinin Baş Məclisini tərk ediblər. Bununla da HDP-nin parlamentdəki mandatlarının sayı 56-ya enib.
Xatırladaq ki, Semra Güzel “Terror təşkilatına üzv olmaq”da ittihamı ilə həbs olunub və toxunulmazlığı götürül əüb.
Millət vəkilinin bir ay ərzində 5 iclasa qatılmaması səbəbi ilə vəzifəsindən azad edilməsi tələbinin yer aldığı Konstitusiya və Ədalət Birgə Komissiyasının hesabatı Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində müzakirə edilib və bu qərar verilib.
42 müxalif səsə baxmayaraq, Güzelin deputat mandatı 330 müsbət səslə azaldılıb.
AKP, MHP və İYİ Partiya; O, Güzelin parlamentdən uzaqlaşdırılmasına səs verib.
Tərcümə:
Günay Təhməzova
Gununsesi.info