
Danimarkada Türkiyə səfirliyinin önündə təxribat törədilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, diplomatiya binasının qarşısında müsəlmanların müqəddəs “Quran kitabı yandırılıb.
Paytaxt Kopenhagendə İslam əleyhdarı millətçi “Danske Patrioter” (Danimarkalı Vətənsevərlər) adlı qrupun üzvləri təxribatlarını davam etdirib.
Təxribatçılar türk məhsullarını boykot etməyə səsləyiblər. Əllərində lövhələr açan aktivistlər şüarlar səsləndiriblər.
Xatırladaq ki, İsveçdə və Danimarkada bundan öncə də müsəlmanların müqəddəs “Quran” kitabına yönəlik çirkin təxribatlar törədilmmişdi.
Tərcümə: Arzu