Dünya liderləri Co Bayden haqqında danışır - ONUN SAYƏSİNDI NATO GÜCLÜDÜR VƏ...

  • By admin
  • 22 İyul 2024 09:17

Dünya liderləri Co Baydenin seçkidən çəkilməsinə reaksiya verib.

Gununsesi.info-nun xəbərinə görə, ABŞ-ın şimal qonşusu Kanada Prezident Co Baydenin noyabr seçkilərindən geri çəkilməsinə ilk reaksiya verən ölkələr sırasında olub.

“Mən Prezident Baydeni illər boyu tanımışan” deyən Kanada baş naziri Castin Trudo onu BÖYÜK ADAM adlandırıb: “O, böyük adamdır və onun gördüyü hər iş ölkəsinə sevgisi ilə istiqamətləndirilir.”

Kanada rəhbəri Baydeni kanadalıların “tərəfdaşı” və “həqiqi dostu” adlandırıb.

Almaniya kansleri Olaf Şolz Baydenin böyük nailiyyətlər əldə etdiyini bəyan edib.

“Onun sayəsində transatlantik əməkdaşlıq sıxdır, NATO güclüdür və ABŞ bizim üçün yaxşı və etirablı tərəfdaşdır”.

Britaniyanın yenicə seçilmiş baş naziri Keir Stammer də ABŞ liderinə hörmətini ifadə edib.

O, Baydenin yerdə qalan hakimiyyəti dönəmində onunla birgə işləyəcəyini deyib və prezidentin verdiyi qərarların Amerika xalqının “ən yaxşı maraqlarına” əsaslandığını qeyd edib.

İsrail müdafiə naziri Yoav Qallant ölkəsinə göstərdiyi yardıma görə Baydenə minnətdar olduğunu bildirib.

“Sizin mətin dəstəyiniz, ələlxüsus müharibə zamanı, əvəzsiz dərəcədə dəyərli olub,” Qallant bildirib.

İspaniya baş naziri Pedro Sançez Baydenin qərarını “ləyaqətli” və “cəsur” adlandırıb.

 

Afət Abbasova

Gununsesi.info