ABŞ F-35 qırıcılarının istehsalını çatdırmır

  • By ilhame
  • 21 İyul 2024 14:53

“Pentaqon “Lockheed Martin” şirkətinin beşinci nəsil F-35 qırıcıları üçün ödənişini yubadır, çünki podratçı istehsal prosesini gecikdirir”.

 

Gununsesi.info gazeta.ru-ya istinadən məlumat verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri rəhbərinin köməkçisi Endryu Hanter bildirib.

 

“Müqavilənin tələb etdiyi bütün məhsulları almadığımız üçün ödənişlər tamamlanmayıb”, – Hanter bəyan edib.

 

O aydınlaşdırıb ki, Pentaqon hələ əldə etmədiyi qırıcılar üçün “Lockheed Martin”ə pul ödəməkdən imtina edir.

Gununsesi.info