
Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-ın hazırkı prezidenti Co Baydenin ABŞ-da keçiriləcək seçkilərdə prezidentlik yarışından geri çəkilməsi xəbərinə reaksiya verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində bildirib.
“Əsl hakimiyyət köhnə kukladan imtina edərək, ictimaiyyəti aldatmaq şansı daha yüksək olan kuklanın xeyrinədir. Onlar Trampdan qorxurlar, çünki o, kukla deyil” – deyə o, bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden növbəti prezident seçkilərindən geri çəkilib və bu həftə qərarı barədə daha ətraflı danışacağını vəd edib.
Şəbnəm
Gununsesi.info