
Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.
Bildirilib ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
H. Hacıyev bununla bağlı İrəvana dəvət göndərildiyini qeyd edib. O, dəvətin hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verildiyini açıqlayıb:
“COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir ki, xarici mediaya deyirəm”, – deyə X. Hacıyev əlavə edib.
Qeyd edək ki, COP29 İqlim sammiti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Gununsesi.info