Hərbi liseylərə qəbul imtahanı başa çatıb

  • By ilhame
  • 21 İyul 2024 13:34

İyulun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

 

Gununsesi.info -ya DİM-dən verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

 

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

 

İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Gununsesi.info