Dövlət Statistika Komitəsi ölkədəki cinayətlərin sayını gizlədir

  • By admin
  • 20 İyul 2024 08:49

“Dövlət Statistika Komitəsinin rəsmi saytının (stat.gov.az) “Cinayətkarlıq və hüquqpozmalar” bölməsində məlumatları 7 aya yaxındır ki, yeniləmir və 2023-cü ilə aid məlumatları excel formatında əlavə etmir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Cavad Cavadov deyib.

Onun sözlərinə görə, son məlumatlar 2022-ci ilə aiddir: ” Bir azdan 2024-cü il başa çatacaq.

Neçə vaxtdır yenilənmiş məlumatları müqayisə etmək üçün təhlil etmək istəyirəm, alınmır”.

Afət Abbasova

Gununsesi.info