Çin kosmosa 2 Yer müşahidə peykini buraxdı

Çin kosmosa elmi eksperimentlər və təfərrüatlı yer müşahidələri üçün nəzərdə tutulmuş iki “Çian” sinifli yer müşahidə peyki göndərib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Xian-20A” və “Xian-20B” peykləri “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən buraxılıb.

HTML tutorial

Sinxua agentliyinin məlumatına görə, peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər.

Adı Çin dilində “təcrübə” mənasını verən peyk kosmik mühiti müşahidə etmək üçün orbital texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Buraxılış “Long March” raketləri ilə 454-cü uğurlu nəqliyyat missiyası idi.

Gununsesi.info