Türkiyədə güclü zəlzələ

Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

HTML tutorial

Yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Gununsesi.info