Zakir Həsənovun yeni müavini kimdir? -Bu sahədə çalışıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyində yeni təyinat olub. 

Gununsesi.info-nun araşdırmasına görə, nazirin yeni müavini Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə  Bakı şəhərində anadan olub.

HTML tutorial

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr  təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.

Gununsesi.info