
Dünyada girişi qadağan edilmiş yerlər daim insanlar üçün maraq doğurub.
Gununsesi.info xarici mətbuata istinadən girişi qadağan edilən həmin yerləri sizə təqdim edir. Bu yerlər pulunuz olsa belə, istəsəniz belə, gedə-görə bilməyəcəyiniz yerlərdir.
Teexnologiyanın həyatımızdakı yeri düşünüldüyündə, dünyada bəzi yerlərin hələ də asan əlçatımlı olmayan yerlər olduğunu öyrənmək qulağa inanılmaz gəlir. Bəzi yerlər çox təhlükəli, bəziləriysə çox təhlükəsiz, hətta ən təcrübəli gəzinti adamları üçün də belədir.
Çöl dünyadan təcrid olunmuş həmin yerlərlə tanış olun:
North Sentinel Adası – Hindistan
Benqal Körfəsindəki bu kiçik, meşələrlə çevrələnən ada tamamı ilə mərcan qayalıqları ilə əhatələnmiş olması səbəbəi ilə gəmilərin adaya yaxınlaşması çox çətindir. Ancaq adaya səfərin önündəki tək maneə bu deyil. Bu adada insanlıqla təmasa keçməyi rədd edən Sentinellilər adlı kiçik bir icma yaşayır. Dünyada çağdaş mədəniyyətin yetişə bilmədiyi bir neçə cəmiyyətlərdən biridir.
Poveqliya – İtaliya
Poveqliya Venesiya və Lido arasında yerləşən bir adadır. Bu kiçik bölgə yüz illər boyunca ölülərdən qurtulmaq üçün istifadə edilib. Ada XIV əsrdə bubonik vəba xəstələri üçün karantin koloniyası üçün istifadə edilib. Burada psixi problemləri olan insanlar üçün xəstəxana tikilib.
Qorxu və dəhşət dolu bu adaya girmək qadağandır.
Lasko Mağaraları – Fransa
Lasko Mağaraları arxeoloqlar üçün saxlı qalan bir xəzinədir. Burada miladdan öncəsinə aid minlərlə yaşı olan rəsmlər var.
Bu mağaralar 1963-cü ildən səfərlərə qapadılıb.
İlan Adası – Braziliya
Ilha da Queimada Grande və ya bilinən adıyla İlan Adası. Braziliyada yerləşən və minlərlə ölümcül ilanların evi olan uzaqlarda yerləşən məkandır. Ölkənin qadağalı bölgələrinin önündə gəlir. İnsanların bu adaya ayaq basmasına icazə verilmir.
Braziliya hökuməti adanı səyahətçilər üçün qapadıb. Yalnız bir neçə araşdırmaçı və həkimlərin İlanlar Adasına giriş hüququ var.
Tərcümə: Arzu Sayadoğlu