Ölkədə son sutkada Koronavirusa yoluxanların sayı açıqlandı -FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 824 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 584 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 779, bu günə qədər isə ümumilikdə 7 398 046 test icra olunub.

Gununsesi.info